Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 09:11

İlham Əliyev Vladimir Putin-i təbrik edib


İlham Əliyev və Vladimir Putin

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin-ə telefonla zəng edib.

AZƏRTAC–ın xəbərinə görə, Azərbaycan prezidenti rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Eyni zamanda, Azərbaycan prezidenti Rusiyada keçirilən parlament seçkilərində Vahid Rusiya Partiyasının əldə etdiyi «böyük qələbə» münasibətilə təbriklərini çatdırıb. O, qeyd edib ki, bununla Rusiya xalqı Vladimir Putin-in həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirib.

Xəbərdə deyilir ki, V.Putin də öz növbəsində, Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdırıb. V.Putin bildirib ki, Azərbaycan xalqı bu referendumda səs verməklə prezident İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları həmçinin, ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG