Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

'İnternet tənzimlənsin' səsləri yüksəlir…


Tədbir
Tədbir

«Elə insanlar var ki, onlar Azərbaycandakı demokratiya və söz azadlığından öz məqsədləri üçün istifadə edirlər. Onlar bu azadlıqları düzgün anlamır, insanları gözdən salmağa çalışırlar».

Bunu oktyabrın 6-da bir qrup deputatın Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında hakim Yeni Azərbaycan Partiyasından olan Məlahət İbrahimqızı deyib.

Təşkilatçılar elan edib ki, mətbuat konfransını dövlət atributlarına, milli-mənəvi dəyərlərə zidd olan təhqiramiz yazı və verilişlərin yayımlanmasına etiraz olaraq keçirirlər.

«BUNUN QARŞISINI ALMALIYIQ»

YAP-çı deputat bildirib ki, bir sıra media qurumlarında, xüsusilə də sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə zidd məlumatlar yayılır. Vətəndaşların şərəf və ləyaqəti alçaldılır. Sosial şəbəkə istifadəçilərinin sayının durmadan artdığını ifadə edən M.İbrahimqızı vurğulayıb ki, bu günədək internet mediasını tənzimləyən heç bir qanun yoxdur.

«Biz cəmiyyətin bütün ziyalılarını səfərbər etməli, ictimai qınaq yaratmalı, bunun qarşısını almalıyıq. Monitorinq Qrupu yaradıb onların fəaliyyətini izləməli, sonra qanun çərçivəsində müvafiq addımlar atmalıyıq», - deputat deyib. O, həmçinin, internetin bağlanmasını nəzərdə tutmadığını deyib.

Buna da bax-Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi

Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

İNFORMASIYA OMBUDSMANI YARADILMALIDIR

Digər deputat Elmira Axundova isə problemdən çıxış yollarını təklif edib. «İnformasiya ombudsmanı yaradılmalıdır. Bundan başqa, Mətbuat Şurasına da internet-media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir», - deputat deyib

Mətbuat Şurasından Müşfiq Ələsgərli internet-medianın məzmun problemlərinin böyük olduğunu, əməli addımların atılmasının vacibliyini qeyd edib: «Təkliflər nəzərə alınmalı və qanun layihəsi şəklində Milli Məclisə təqdim olunmalıdır. Sosial şəbəkələr və internet -medianın yaratdığı problemlər həm Azərbaycanda, həm də dünyada narahatlıq doğurur».

Mətbuat Şurası təmsilçisi onlayn mediadakı xəbərlərə görə onlara 600 şikayət daxil olduğunu bildirib. «Bu yalnız media ilə bağlıdır. Təsəvvür edin ki, sosial şəbəkələrdə nələr baş verir? Orada milli-mənəvi dəyərlər tapdanır, insan haqları pozulur. Sosial şəbəkələrdə həm də insanların şəxsi həyatı ilə bağlı sirləri yayırlar», - M.Ələsgərli deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG