Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

`Made in Azerbaijan' brendinin təşviqinə 3 milyon manat ayrıldı


Azərbaycan lavaşı
Azərbaycan lavaşı

Hökumət yerli məhsulların xarici bazara çıxarılması, onların təşviq olunmasına diqqəti artırır. Bu istiqamətə xərclənən dövlət büdcəsi vəsaitlərinin müəyyənləşdirilməsi və ödənilməsi mexanizmi qaydası təsdiqlənib.

Prezident İlham Əliyev oktyabrın 5-də bununla bağlı fərman imzalayıb.

Qaydalar xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması, marketinq fəaliyyətinə və “Made in Azerbaijan” brendinin təşviqinə çəkilən xərclərə aiddir. Habelə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat, patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər də bura daxildir.

Buna da bax:​ «Bu Azərbaycan, bu Türkiyə malıdır: fərq ancaq qiymətdədir»

Fərmanla həmçinin, “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması da təsdiq edilib.

Ölkə başçısı fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 3 milyon manat ayırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG