Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:00

Beynəlxalq hekayə müsabiqəsinin Azərbaycanlı qalibi Təranə Vahid oldu


Mahmud Kaşğarlı
Mahmud Kaşğarlı

-

Avrasiya Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri məlum olub.

Bu ilin iyununda start verilən müsabiqəyə 34 müəllif 44 hekayə təqdim etmişdi. Təqdim olunan əsərləri 6 nəfər ekspert 10 ballıq sistem üzrə qiymətləndirib.

Təranə Vahid.
Təranə Vahid.

Nəticələrə əsasən, Təranə Vahidin (şərti imza - “Şarl”) “Mən toz dənəsiyəm” hekayəsi 47 balla 1-ci yeri tutub. Cavid Zeynallı (şərti imza – “Mif”) münsiflərdən 46 bal alan “Düşərgəyə adam gəlib” hekayəsi ilə 2-ci olub. Rəşid Bərgüşadlının (şərti imza – “RB1971”) “Qara buludlar” hekayəsi 45 balla üçüncü yerdə qərarlaşıb.

Mükafatların qaliblərə təqdimatı ilə bağlı mərasim noyabr ayında Bakıda keçiriləcək. 1-ci mükafata layiq görülən hekayə növbəti mərhələdə iştirak üçün Türkiyəyə göndəriləcək.

Həmin mərhələnin mükafatlandırma mərasimi isə bu ilin dekabrında Almatıda olacaq.

Mənbə: 525.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG