Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:14

Papa 'işğal olunmuş torpaqlar' deyəcəkmi?


Vatikan- Roma papası və Azərbaycanın birinci ledisi Mehriban Əliyeva, 2014
Vatikan- Roma papası və Azərbaycanın birinci ledisi Mehriban Əliyeva, 2014

«Roma Papası Azərbaycana və Gürcüstana sülh mesajı ilə gedir». «The Washington Post»un Papanın səfəri haqda yazısı belə adlanır.

Roma Papası Francis-in Qafqaz turu yayda Ermənistandan başlayıb. Sentyabrın 30-da isə o, Gürcüstan və Azərbaycana 3 günlük səfərə çıxıb. Papanın bu səfərində də dini görüşlərin arxasında geosiyasi məsələlərin də gündəmə gələcəyi istisna edilmir.

PRAVOSLAV KİLSƏSİNİ NARAZI SALMAYACAQ

«The Wall Street Journal» yazır ki, Papanın Qafqaz turu onu dilemma qarşısında qoyub. Çünki Rusiyanı incitmək istəməyən, Rusiyayla münasibətlərini qorumağa çalışan Papa insan haqları məsələsində zəifliyinə görə qınana bilər.

Buna da bax-Roma Papasının 2002-ci ildəki Bakı səfərindən görüntü

Roma Papasının 2002-ci ildəki Bakı səfərindən görüntü
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Belə ki, Gürcüstan bu səfərdən öz maraqlarını önə çəkmək – Avropa və Qərblə bağlı arzularını işıqlandırmaq, Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən işğalına diqqət çəkmək üçün istifadə etmək niyyətindədir. Papanın qaçqınlarla bağlı həssaslığını bilən gürcülər onun işğal olmuş ərazilərdən köçmüş qaçqınların vəziyyəti barədə danışmağını istəyirlər.

Amma Rusiyanın Ukraynadakı rolundan danışmayan Papa Francis-in ümumi sülh çağırışlarından əlavə nə isə deyəcəyi gözlənmir.

«The Washington Post» yazır ki, Papa yəqin ki, Rusiyanı, ya da Rusiya Pravoslav kilsəsini narazı salmaq istəməyəcək. Gürcüstanın Vatikandakı səfiri Tamara Grdzelidze Papanın «işğal» sözünü işlədəcəyinə şübhə ilə yanaşır: «Hərçənd Ermənistanda o, «soyqırımı» haqda danışmışdı». Tamara Grdzelidze bunu «The Washington Post»a müsahibəsində deyib.

Buna da bax-Roma Papası ermənilərlə görüşüb

Roma Papası ermənilərlə görüşüb- [video]
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

BAKIDA SÜLHƏ ÇAĞIRIŞ EDİLƏCƏKMİ?

Bəs Azərbaycanda Papanın sülhə çağırışı nədən ibarət olacaq? «İşğal olunmuş torpaqlar» məsələsi haqda heç yanda heç bir fikir səslənmir. Yayda Ermənistanda olanda Qarabağ məsələsinə işarə edən Papa bütün tərəfləri barışığa və intiqamın aldadıcı gücünə tabe olmamağa çağırmış, «kiçik ərazilərə görə sülhə gəlməmək qəddarlıqdır» demişdi.

«The Washington Post» yazır ki, əslində Papa Francis Qafqaza bir dəfə gəlmək, iyunda Ermənistandan Azərbaycana getməklə bu iki ölkə arasında simvolik körpü göstərmək istəmişdi. Amma Qarabağ münaqişəsinə görə səfər iki dəfəyə gerçəkləşdi.

Vatikanın məlumatına görə, Roma Papası Bakıda cəmi 10 saat qalacaq. Onun dövlət rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və milli azlıqların nümayəndələriylə görüşü, Şəhidlər Xiyabanını ziyarət edəcəyi gözlənir. O, Bakıdakı katolik kilsədə, katoliklərin dini mərasimində də iştirak edəcək.

XS
SM
MD
LG