Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 01:22

Azərbaycanda yığılan meyvənin 16 faizi xaricə satılır


Gəncədə xurma bağı
Gəncədə xurma bağı

Bu il Azərbaycandan xarici ölkələrə göndərilən kənd təsərrüfatı məhsullarının ümumi həcmi dəyər ifadəsində 28,8 faiz artıb. Məlumatı Kənd Təsərrüfatı nazirliyi verib.

Nazirlikdən AzadlıqRadiosu-na deyiblər ki, bu il bütün növ kənd təsərrüfatı məhsullarının ixracında artım qeydə alınıb.

İxracatdan gəlir 48 milyon dollar artıb

Fermerlər və kənd təsərrüfatı müəssisələri 218 milyon dollar dəyərində meyvə-tərəvəz, texniki bitkilər (tütün və pambıq) və başqa emalsız məhsulu xaricə satıblar. Ötən illə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracından ölkəyə 48 milyon dollar daha çox valyuta daxil olub.

Buna da bax:​ İdxalımız bahalaşıb, ixracımız ucuzlaşıb

Fındığın xaricə satiş qiyməti yarıbayarı aşağı düşüb

Bu il ölkədə tərəvəz istehsalı 2,6 faiz azalıb, meyvə istehsalı isə cəmi 0,8 faiz artıb. Bununla belə, hesablamalar göstərir ki, sahələrdən yığılan tərəvəzin 13,5 faizi (133,4 min ton), bağlardan dərilən meyvə və giləmeyvənin təxminən 16 faizi (56,5 min ton) xarici bazarlara çıxarılıb. Məhsulun əsas bölümü Rüsiyaya göndərilib.

Tərəvəz ixracı (133,4 min ton), kütlə ifadəsiylə - 29,7 faiz, dəyər ifadəsiylə isə 37 faiz (102 milyon ABŞ dolları) artıb. Bu ilin 8 ayında əvvəlki ilə nisbətən meyvə ixracı 13,5 min ton çoxalıb. Amma ixracdan əldə olunan gəlir göndərilən məhsulun artım tempindən geri qalıb. Buna səbəb xaricə satılan fındığın qıymətinin 9 min dollar/tondan 6 min 100 dollar/tona düşməsidir.

Tütün yaxşı qiymətə gedir

Bu il Azərbaycanda 2,1 min ton tütün yarpağı istehsalı olunub. İxraca gedən məhsulsa, əsasən, ötənilki yığımdandır. 2015-ci ildə bir ton tütün xammalı xarici bazarlarda 3 min 775 dollara satılırdısa, bu il həmin qiymət 181 dollar bahalaşıb.

Buna da bax:​ İxracatçılar çox satıb, az qazanırlar

Pambıqtəmizləmə zavodları «qazan doldurur»

Pambıq ixracatçıları da qiymətlərdən şikayətçi deyillər. Əvvəlki illə müqayisədə bu il Azərbaycan istehsalı olan bir ton pambıq mahlıcının satışı qiyməti 12,6 faiz artaraq, 1620 dollara yüksəlib. Ötən il pambıqçılıq şirkətləri pambıq satışından, orta hesabla, 1500 manat gəlir götürürdüsə, bu il dolların məzənnəcə yüksəlməsi gəliri təxminən min manat artırıb. Bununla belə, pambıqtəmizləmə zavodları bir ton pambığın satınalma qiymətini (500 manat) cəmi 80 manat qaldırıblar.

XS
SM
MD
LG