Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 04:20

Gülen-ə görə Türkiyədən çıxarıldı


Joost Lagendijk
Joost Lagendijk

Avropa Parlamentinin keçmiş üzvü və keçmiş məruzəçi Joost Lagendijk sentyabrın 25-də Sabiha Gökçen hava limanından geri qaytarılıb. J.Lagendijk-in özünün Twitter-də yazdığına görə, o, Niderlanddan Türkiyəyə qayıdırmış, amma onu hava limanındaca geri göndərib, Niderlanddakı Türkiyə səfirliyindən viza almağı tövsiyə ediblər. J.Lagendijk başına gələnin bürokratik əngəl olduğuna, Türkiyəyə girişinin həmişəlik qadağan olunmayacağına ümid etdiyini bildirib.

Hadisənin Fethullah Gülen tərəfdarlarına qarşı genişmiqyaslı təmizləmənin bir hissəsi olduğu güman edilir. Çünki Gülen yönlü «Zaman» və «Today’s Zaman» qəzetləri bağlanana qədər J.Lagendijk onların köşə yazarı idi. Gülen-lə bağlı Sabancı Universiteti bağlanandan sonra o, buradakı iş yerini də itirib.

J.Lagendijk türkiyəli jurnalist Nevin Sungur-la evli olduğuna görə Türkiyədə fəaliyyət göstərir.

XS
SM
MD
LG