Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 14:37

Almanlar Karl Marx-ın yubileyinə 150 min turist gözləyirlər


Karl Marks doğma şəhəri Trierdə qırmızı heykəlləri.
Karl Marks doğma şəhəri Trierdə qırmızı heykəlləri.

-

Dünyaca məşhur alman iqtisadçısı və filosoftu Karl Marx-ın 200 illiyi münasibətiylə doğma şəhəri Trierdə təntənəli yubiley proqrammına hazırlıq görülür. Bu haqda alman DW radiosu xəbər verir. Yubiley tədbirlətinin təşkilatçıları sentyabrın 21-də keçirdikləri mətbuat konfransında deyiblər ki, keçiriləcək tədbirlər dünyaya səs salacaq. “2018-ci ildə bütün dünyanın gözü Trierdə olacaq” -deyə təşkilatçı Rainer Auts deyib.

Marksın doğma şəhəri Trierin şəhər administrasiyası və şəhərin yerləşdiyi Reinland-Pfalz rəhbərliyi birgə Marksın doğma şəhərində çoxlu sayda sərgilər keçirmək istəyir.

Buna da bax: K. Marksın məşhur kitabı yenidən nəşr olundu

İlk növbədə Marx-ın həyatı və gördüyü işlərlə bağlı “Karl Marx 1818-1883. Leben. Werk. Zeit” adlı sərgi keçiriləcək, bu sərgi Marx-ın yaşadığı tarixi dövrə işıq tutacaq. Həmçinin şəhər rəhbərliyi 2018-ci ildə Trierdə Karl Marx-ın ev muzeyini açmağı planlaşdırır.

Almaniyada Marksla Engelsin birgə heykəli.
Almaniyada Marksla Engelsin birgə heykəli.

Simeonstift muzeyi isə Marx-ın şəxsi həyatı, bioqrafiyası, ailə həyatı və ən əsası Friedrich Engels-lə dostluğu əks olunacaq. Sərgilərdə ümumiyyətlə 400-500 eksponat nümayiş etdiriləcək. Təşkilat komitəsi sərgiyə 5,1 milyon yevra xərcələyəcək və dünyanın dörd bir yanından təqribən 150 min insanın Marx-ın doğma şəhərini ziyarət edəcəyi gözlənilir.

Xatırladaq ki, kommunizmin mənəvi atalarından biri olan Marx 5 may 1818-ci ildə Trierdə doğulsa da sonradan Londona köçüb və 1883-cü ildə dünyasını dəyişib. O doğma şəhərində həyatının cəmi 17 ilini keçirib. Onun “Kapital” və “Kommunist partiyasının manifesti” əsərləri dünya sosialistlərinə güc verib və onun adı ilə “marksizm” cərəyanı yaradıb. O bəzi əsərləri digər alman filosofu Friedrich Engels-lə birgə yazıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG