Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 27-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Həmin tarixdə rəsmi məzənnə bu gün, sentyabrın 23-ü ilə müqayisədə dəyişməyəcək. Bir dollar yenə 1,6292 manata bərabər olacaq.
Sentyabrın 21-i və 22-də isə bir dollar 1,6331 manat təşkil etmişdi.
Son 10 gündə manat dollara nisbətən cüzi dəyər qazanıb. Halbuki, axır 3 ayda manat tədricən dəyər itirmişdi. Son valyuta hərraclarına daha çox dollar çıxarılır.