Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 22-nə olan məzənnəsini açıqlayıb.
Rəsmi məzənnəyə görə, sentyabrın 22-də bir dollar 1,6331 manata bərabər olacaq.
Sentyabrın 21-də məzənnə elə 1,6331 manat təşkil etmişdi.
Ancaq sentyabrın 20-də isə bir dollar 1,6370 manat olmuşdu.
Son bir həftədə manat dollara nisbətən cüzi dəyər qazanıb. Halbuki, axır 3 ayda manat tədricən dəyər itirmişdi. Son valyuta hərraclarına daha çox dollar çıxarılır.