Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 05:10

Dövlət YUĞ Teatrı yeni mövsümü açır


«Naməlum Axundzadə»

Azərbaycan Dövlət YUĞ Teatrı bu gün –sentyabrın 20-də yeni mövsümə başlayacaq.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə, yeni mövsüm rejissor Gümrah Ömərin quruluşunda hazırlanan «Naməlum Axundzadə» (M. F. Axundzadə) tamaşası ilə açılacaq.

Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdidir.

Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edirlər.

Tamaşa YUĞ Teatrının məskunlaşdığı Azərbaycan Dövlət Kukla Teatrının binasında saat 19.00-da başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG