Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:05

ATƏT: Budəfəki seçkilər daha şəffaf olsa da...


Seçkilər
Seçkilər

Rusiyada səsvermə ilə bağlı beynəlxalq rəylər müxtəlifdir.

Dövlətin mediaya nəzarətinin güclü olduğunu, leqal məhdudiyyətlərin çoxluğunu, prosedur qanun pozuntularına yol verildiyini bildirməklə yanaşı, budəfəki səsvermənin əvvəlkilərə nisbətən daha şəffaf aparıldığını bildirirlər.

ATƏT-dən olan nümayəndə heyətinin sədri Ilkka Kanerva deyib ki, «Seçki komissiyasının işində müşahidə etdiyimiz şəffaflıq mühüm addımdır, amma məhdudiyyətlər və əsas hüquq pozuntuları problem olaraq qalır».

Rusiya Dövlət Dumasına seçki sentyabrın 18-i keçirilib. İlkin rəsmi nəticələr hakim Vahid Rusiya Partiyasının Dumadakı 450 yerdən 343-nə sahib olduğunu göstərir. Qalan yerləri hökumətə sadiq 3 partiya tutub.

XS
SM
MD
LG