Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 19:02

Nyu Yorkdakı partlayışda 29 adam xəsarət alıb


Nyu York, Çelsi

Nyu Yorkda Manhettenin Çelsi rayonundakı partlayışda 29 adam xəsarət alıb. Bunu sentybarın 18-də şəhər meri Bill de Blasio bildirib.

Rəsmilərin dediyinə görə, sentybarın 17-də axşam baş verən partlayışın səbəbi partlayıcı qurğu olub.

De Blasio isə bildirib ki, partlayış təsadüfən olmayıb, bilərəkdən edilib.

Bununla belə, de Blasio bildirib ki, partlayışın terror aktı olmasının əlamətləri hələ yoxdur.

Onun sözlərinə görə, Nyu Yorkdakı bu partalyışın sentybarın 17-də Nyu Cersidə bir az əvvəl baş verən partlayışla da əlaqəsi yoxdur.

Sentyabrın 17-də Nyu Cersidə xeyriyyə marafonu ərəfəsi bomba partladı. Heç kim xəsarət almadı. Zibil yeşiyində də partlayıcı qurğu tapılandan sonra tədbir lğv olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG