Rio-2016 Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçısı İradə Əliyeva gümüş medal qazanıb. O, nizə atma yarışlarının final mərhələsində 42.58 metr nəticə göstərməklə ikinci olub.
Azərbaycan yığmasının hesabında 1 qızıl, 8 gümüş, 2 bürünc medal var.
Bununla da Azərbaycan paralimpiya yığması 11-ci medalını qazanıb.
Azərbaycan yığmasının hesabında 1 qızıl, 8 gümüş, 2 bürünc medal var.
Komanda hesabında Azərbaycan yığması 47-ci yerdədir.
Rio Paralimpiya Oyunları sentyabrın 7-də başlayıb, sentyabrın 18-də başa çatır.