Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:10

Medvedevin 3 Kreml və 30 Qızıl Meydan boyda bağ evi?


Rusiya baş naziri Dmitry Medvedev
Rusiya baş naziri Dmitry Medvedev

Aleksey Navalny-nın korrupsiya ilə mübarizə fondu Rusiya baş naziri "Dmitriy Medvedev-in gizli bağı" haqqında araşdırma hazırlayıb.

Navalny-nın "nəhəng ölçülü iqamətgah" adlandırdığı bu bağ Plyos şəhərciyi yaxınlığında yerləşir. Onun ümumi sahəsi 80 hektardır.

3 Kreml və 30 Qızıl Meydan boyda?

Bağın çevrəsinə 6 metr hündürlüyündə hasar çəklib.

"Bu sahə 3 Kreml və 30 Qızıl Meydan deməkdir", - Navalny belə yazır.

Bağın çevrəsinə 6 metr hündürlüyündə hasar çəklib.

Buna da bax:​ Rusiyada vəzifəlilərə qarşı qanun layihəsi

Araşdırmada deyilir ki, "Quruluşca "Novoye Oqoryovo"ya bənzəyir: "birinci şəxsin" iqamətgahı daxili hasarla dövrələnib. Xarici perimetrin içərisində isə əməkdaşlara otellər, avtobazalar və s. var".

Navalny-nın "nəhəng ölçülü iqamətgah" adlandırdığı bu bağ Plyos şəhərciyi yaxınlığında yerləşir.

Navalny iddia edir ki, bu bağ evi məhz Medvedev-ə aiddir. Baş nazir tez-tez buraya baş çəkir. Bu, onun “Instagram”a qoyduğu şəkillərdən də görünür.

Xeyriyyə fondunun puluna alınıb?

Navalny onu da iddia edir ki, malikanə "DAR" xeyriyyə fondunun puluna alınıb:

"Qaz nəhəngi "NOVATEK"in səhmdarları Leonid Mikhelson və Leonid Simanovskiy "DAR" xeyriyyə fondunun nizamnamə fonduna 33 milyard (birbaşa deyilməsə də, söhbət 33 milyard rubldan - yarım milyard dollardan çox bir məbləğdən söhbət gedir –red.) yatırıblar (Bu fondun müşahidə şurasının rəhbəri Medvedev-in tələbə yoldaşı olub). Fond da həmin pullarla bir neçə qəribə bağı olan obyekt tikməyə başlayıb. Onlardan biri də budur".

Buna da bax:​ Baş prokurorun oğlunun şübhəli biznesi

“O ev Medvedev-ə məxsus deyil”

Baş nazirin mətbuat katibi Natalia Timakova bildirib ki, Navalny-nın tapdığı ev Medvedevə məxsus deyil: "Adıçəkilən obyektlər... Dmitriy Anatolyevich Medvedev-in mülkiyyətində deyil və bu bağ evinə nə onun, nə də ailə üzvlərinin hər hansı hüquqi əsası var".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG