Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Büdcə kəsiri yenə 1 milyarddan çox oldu


Büdcə
Büdcə

Bu ilin 8 ayında da büdcə kəsirlə icra olunub. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 8 milyard 281.5 milyon manat vəsait daxil olub.

Büdcədən isə 9 milyard 348.5 milyon manat vəsait xərclənib. Nəticədə büdcənin icrasında 1 milyard 67 milyon manatlıq kəsir yaranıb. Yaranan kəsir ümumi daxili məhsulun 2.8 faizi səviyyəsindədir.

2015-ci ildə, mart ayından etibarən büdcə kəsirlə icra olunmuşdu. 2016-cı ildə isə iyun, iyul və avqust aylarında büdcə kəsiri qeydə alınıb.

XS
SM
MD
LG