Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Nazir Qoşulmama hərəkatında


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

«Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVII sammiti Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlayıb».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Sammit «İnkişaf naminə sülh, suverenlik və həmrəylik» mövzusunda keçirilir.

H.Hacıyev deyib ki, Azərbaycan sammitdə xarici işlər naziri Elmar

Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nazir sammitə qatılmaqdan ötrü sentyabrın 15-də yola düşüb.

Tədbir iki hissdən ibarətdir. Sentyabrın 16-da Qoşulmama Hərəkatına daxil olan dövlətlərin xarici işlər nazirlərinin tədbiri keçirilir.

Sentyabrın 17-də isə dövlət və hökumət başçılarının samitinin keçirilməsi gözlənilir. H.Hacıyev deyib ki, E.Məmmədyarov Azərbaycanı dövlət və hökumət başçılarının da sammitində təmsil edəcək.

Venesuela sammitində 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana verilməsi və Hərəkatın XVIII sammitinin 2019-cu ildə Bakıda keçirilməsi barədə qərarın qəbul olunması da nəzərdə tutulur.

Sammitin sentyabrın 18-də başa çatacaq.

Bu hərəkat dünyanın 118 ölkəsini hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmamaq Hərəkatı 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə yaradılıb. Azərbaycan bu qurumda müşahidəçi qismində iştirak edir.

XS
SM
MD
LG