Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 16:13

BMT məruzəçisi Bakıda


Micel Forst

BMT-nin xüsusi məruzəçisi Michel Forst Azərbaycana gəlib.

Bir həftədən çox, sentyabrın 22-dək ölkədə olacaq məruzəçi insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdıracaq.

O, Bakıya hökumətin dəvəti ilə gəlib. Məqsəd vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərlə bağlı «birinci əldən məlumatlar toplamaq və demokratiyanın yayılmasının yollarını araşdırmaqdır».

Rəsmi məlumatda məruzəçinin hökumət təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşəcəyi deyilir.

Səfər sentyabrın 22-dək davam edəcək. Səfərin yekununda onun mətbuat konfransı keçirib, təəssüratlarını bölüşəcəyi gözlənilir.

M.Forst-un yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.

XS
SM
MD
LG