Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 10:17

Belarusda parlamentə düşən müxalifətçi seçkini pisləyib


Hanna Kanapatskaya

“Belarusda ədalətli seçki yoxdur”.Bunu müxalifətdən deputat seçilmiş Anna Konopatskaya bəyan edib.

Qeyd edək ki, o son seçkidə parlamentə düşə bilən iki müxalifətçidən biridir.

Prezidentliyə keçmiş namizəd Vladimir Neklyaev də bildirib ki, iki müstəqil deputatın seçilməsi heç nə demək deyil.

Kanapatskaya seçildikdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, deputat kimi seçki sistemi ilə bağlı referendum keçirilməsinə çalışacaq.

Parlamentin aşağı palatasına düşə bilməyən müxalifət namizədləri isə bazar ertəsi Minskin mərkəzində etiraz mitinqi təşkil ediblər.

Qeyd edək ki, ötən istirahət günü Belarusda növbəti parlament seçkisi keçirilib.

Parlamentin aşağı palatasındakı 110 yerdən 108-ni prezident Alexandr Lukashenkaoya sadiq namizədlər tutub.

XS
SM
MD
LG