Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:02

160 mindən çox uşaq birinci sinfə gedəcək


Yeni dərs ili başlayır

2016-2017-ci tədris ilində ümumilikdə ölkə üzrə 164 033 şagird birinci sinfə gedəcək.

Bu haqda Təhsil Nazirliyinin saytı xəbər verir.

Xəbərdə bildirilir ki, 4 472 ümumi təhsil müəssisəsində 1 415 242 nəfər şagird oxuyacaq.

Buna da bax:​ Bir uşağı məktəbə göndərməyin xərci [infoqrafika]

Yeni dərs ilində Bakıda 43 397 şagird birinci sinfə gedəcək. Bakı üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində oxuyacaq şagirdlərin sayı da 354 573 nəfər olacaq.

Bu tədris ilində ölkə üzrə 29 yeni məktəbin istifadəyə veriləcəyi, 17 məktəbin əsaslı, 384 məktəbin də cari təmir edildiyi bildirilir. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

XS
SM
MD
LG