Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:45

Məmurun qətlinə görə xanımına 18 il həbs verildi


Hakim
Hakim

Dövlət Reyestr Xidmətinin rəis müavini, 2014-cü il sentyabrın 1-də qətlə yetirilmiş Füzuli İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova 18 il azadlıqdan məhrum edilib.

Bu barədə sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

X.İsgəndərova mübahisə zəminində həyat yoldaşını 19 bıçaq zərbəsiylə qətlə yetirməkdə təqsirli bilinib.

F.İsgəndərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

X.İsgəndərova həyat yoldaşının qətlindən sonra 8 ay zərərçəkmiş qismində tanınıb. 2015-ci ilin aprelində cinayət işi üzrə təqsirləndirilən şəxsə çevrilib və həbs olunub.

O, məhkəmədə ifadə verməkdən imtina edib. İstintaq zamanı ifadələrində isə həyat yoldaşının evə daxil olmuş maskalı şəxs tərəfindən qətlə yetirildiyini bildirib. Onun sözlərinə görə, cinayətkar hadisədən iki gün əvvəl böyük qızı üçün toy etdiklərini bilib və F.İsgəndərovdan toydan yığılmış pulları tələb edib. F.İsgəndərovu evə bitişik qarajda bıçaqladıqdan sonra evə daxil olaraq, onu və həmin vaxt evdə olan qızı Amanəni hədələyib, onlara da xəsarət yetirib.

Amanə İsgəndərova istintaqda anasının əleyhinə ifadə versə də, məhkəmədə bunu müstəntiqin onu hədələməsi, təzyiq göstərməsi ilə izah edib. Məhkəmədə ifadəsində o da atasının evə daxil olmuş oğru tərəfindən qətlə yetirildiyini bildirib.

Lakin məhkəmə bu ifadələri özünümüdafiə məqsədilə uydurulmuş ssenari kimi qiymətləndirib.

X.İsgəndərovanın vəkili Abuzər Mütəllimov onun günahsız olduğunu və hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

XS
SM
MD
LG