Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Müsavat keçirəcəyi mitinqin kütləviliyini təmin etmək istəyir


Müxalifətin 12 sentyabr, 2016 aksiyası
Müxalifətin 12 sentyabr, 2016 aksiyası

Müsavat Partiyası sentyabrın 18-nə təyin etdiyi referendum əleyhinə mitinqin hazırlıqlarına başlayıb.

Sentyabrın 13-də partiyanın qərargahında mitinqə hazırlıq üzrə təşkilat komitəsinin toplantısı keçirilib.

Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.

Buna da bax: A.Hacılı:"Referendum Əliyevin hakimiyyəti ailə üzvünə ötürmək planıdır"

Müsavat başqanının müavini Gülağa Aslanlının sədrliyi ilə keçirilən iclasda aksiyanın kütləviliyinin təmin edilməsi ilə bağlı təkliflərin qeydiyyatı aparılıb. İclasda iş bölgüsü həyata keçirilib, komitə üzvlərinə müvafiq tapşırıqlar verilib.

Müsavat Partiyası Konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.

Təşkilat komitəsi növbəti iclasını sentyabrın 15-də keçirəcək.

Müsavat Partiyası Konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.

Bakı şəhər İcra Hakimiyyəti, hələlik Müsavat partiyasının müraciətinə cavab verməyib.

Buna da bax: Mitinq iştirakçısı:"İş yoxdur, nə edim nəşə satım?"

Demokratik Qüvvələrin Milli Şurası da bundan bir gün əvvəl-sentyabrın 17-də növbəti aksiyasını keçirmək istəyir. Onların da aksiyasına, hələlik, şəhər rəhbərliyi mövqeyini bildirməyib. Ancaq Milli Şura sentyabrın 11-də Bakıda “monarxiyaya son, talana yox” şüarı ilə aksiya keçirib.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: 'Referendum ləğv edilsin': Milli Şuranın mitinqi- [Video, Foto]

XS
SM
MD
LG