Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:10

Ümumdünya Yәhudi Konqresi üzvləri Bakıda


Görüş
Görüş

Ümumdünya Yәhudi Konqresinin nümayəndə heyəti Bakıda səfərdədir. Sentyabrın 13-də onları prezident İlham Əliyev qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, prezident İlham Əliyev qonaqların Azərbaycanı daha da yaxından tanımalarından ötrü səfərin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Buna da bax:​ Bakıda xüsusi yəhudi məktəbi açılıb

İlham Əliyev: «Yəhudilər Azərbaycanın ictimai həyatında tarixən fəal rol oynayıblar və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşayıblar».

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri, o cümlədən yəhudilər arasında əsrlər boyu dostluq və qarşılıqlı əlaqələr mövcuddur.

İlham Əliyev deyib ki, yəhudilər Azərbaycanın ictimai həyatında tarixən fəal rol oynayıblar və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşayıblar.

Xəbərdə həmçinin qeyd edilir ki, Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Azərbaycanda yaşayan yəhudi icmasına münasibəti yüksək qiymətləndirərək bunun bir nümunə olduğunu deyib..

XS
SM
MD
LG