Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Azərbaycanın iki gənc ağır atletindən qızıl medal


Foto illüstrasiya
Foto illüstrasiya

Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının üçüncü günü Azərbaycan yığmasına uğurlu olub.

Azərbaycan yığmasının üzvləri Səbinə Əzimova (48 kq) və Fuqan Əliyev (62 kq) qitə birinciliyinin qızıl medallarına sahib olublar.

AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında mübarizə aparan Fuqan Əliyev birdən 105 kiloqram, təkanla qaldırma hərəkətində isə 135 kiloqram ağırlığın öhdəsindən gələrək toplam 235 kiloqram nəticə göstərib. Bununla da o, Azərbaycan yığmasının hesabına ilk qızıl medalı qazandırıb.

İkinci qızıl medalı isə Səbinə Əzimova əldə edib. O isə birdən 65 kiloqram və təkanla 87 kiloqram ağırlığı qaldıraraq toplam 152 kiloqram nəticə ilə karyerasında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə yiyələnib.

Bundan əvvəlki günlər atletlərdən Rüstəm Qasımov və İsmayıl Məmmədov Azərbaycan millisinin aktivinə qitə birinciliyinin bürünc medallarını yazdırmışdı.

Yeniyetmə və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.

XS
SM
MD
LG