Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:50

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 19-22, gündüz 26-30, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə 18-23, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG