Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:14

Venesiya film festivalının qalibi filippinli rejissor oldu


Filippinli rejissor Lav Diaz Lokarna film festivalında.
Filippinli rejissor Lav Diaz Lokarna film festivalında.

-

10 gün davam edən Venesiya festivalının qalibləri sentyabrın 10-u elan edilib. Bu il 73-cüsü keçirilən festivalın baş mükafatı "Qızıl şir" uğrunda 20 film yarışırdı və mükafat filippinli Lav Diaz-a qismət olub. Lav Diaz "Qızıl şir"i dörd saatlıq, çox hissəsi ağ-qara olan "Tərk etmiş qadın" adlı filmi ilə qazanıb. Film səhvən məhkum edilmiş məktəb müəlliməsinin intiqamından bəhs edir.

Festivalın ikinci dərəcəli mükafatı "Gümüş şir" isə iki rejissora verilib. Onlardan birinci "Cənnət" adlı Holocoaustdan bəhs edən dram janrlı filmin rejissoru Andrei Konchalovsky ​

Rus rejissoru Andrei Konchalovsky Venesiya film festivalının "Gümüş şir" mükafatını alır.
Rus rejissoru Andrei Konchalovsky Venesiya film festivalının "Gümüş şir" mükafatını alır.

​ və gənclər arasında gizli seksual münasibətlərdən bəhs edən meksikalı rejissor Amat Escalante-nin "Toxunulmamış məkan" filmiylə qazanıb.

Festivalın ən yaxşı aktyor mükafatı Argentinalı Oscar Martinez-ə, ən yaxşı aktrisa mükafatı ilə Amerikalı Emma Stone-yə verilib.

73-cü Venesiya film festivalında birinci yerə çıxan Lav Diazın "Tərk etmiş qadın" adlı filminin treyleri.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG