Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 05:27

Atəşkəs 25 dəfə pozulub


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Sentyabrın 10-a keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, atəşkəs rejimini 25 dəfə pozub.

Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndindən Qazax rayonunun Bala Cəfərli kəndindəki mövqelər atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

XS
SM
MD
LG