Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 15:25

Bağdaddakı partlayışda azı 10 nəfər ölüb

Foto arxiv
Foto arxiv

İraqın paytaxtı Bağdadda törədilən partlayışlar nəticəsində azı 10 nəfər ölüb, 30-dan artıq yaralı var.

İlk partlayış Bağdadın şərqindəki «Nakheel Mall» adlı ticarət mərkəzinin qarşısında olub. Bundan sonrakı partlayış isə maşın dayanacağında baş verib.

Terrora görə məsuliyyəti «İslam Dövləti» qruplaşması (İŞİD) üstünə götürüb.

İyul ayında Bağdadda törədilmiş partlayış nəticəsində 324 adam ölmüşdü.

This item is part of
XS
SM
MD
LG