Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:53

Konstitusiya layihəsinə beynəlxalq rəy veriləcək


Venesiya komissiyası
Venesiya komissiyası

Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyini bu ümumxalq səsverməsinə bir həftə qalmış ictimaiyyətə təqdim edəcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu barədə Venesiya Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, daha sonra ilkin rəy təsdiq edilmək məqsədi ilə Venesiya Komissiyasının oktyabrın 14-də və 15-də keçiriləcək plenar sessiyasına təqdim olunacaq.

Konstitusiyaya dəyişiklik təklifləri sentyabrın 26-da referenduma çıxarılacaq.

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) sentyabrın 5-də keçirilən büro iclasında Azərbaycanda keçiriləcək referenduma dair rəy verməsindən ötrü Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edilmişdi.

Buna da bax:​ AŞPA-da Azərbaycanın referendum müzakirəsi

Ancaq bundan əvvəl bildirilirdi ki, rəsmi Bakı Konstitusiyaya düzəlişlər və dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna təqdim etməyib.

Venesiya Komissiyasından Turan İnformasiya Agentliyinə buna təəssüf etdiklərini bildirmişdilər:

“Təəssüf ki, biz buna cavab verə bilmərik. Çünki əvvəla, düzəlişlərin mətni bizdə yoxdur. İkincisi, yalnız rəsmi sorğu çərçivəsində bizə verilən mətnləri təhlil edə bilərik. Hələlik, Venesiya Komissiyası konstitusiya düzəlişləri layihəsi üzrə rəylə bağlı sorğu almayıb. Lakin Komissiyanın nizamnaməsinə uyğun olaraq rəsmi müraciət olarsa, belə rəy hazırlaya bilərik”

Cavabda qeyd edilir ki, Venesiya Komissiyası Avrop Şurası Nazirlər Komitəsi, Parlament Assambleyası, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, baş katib, komissiyaya üzv dövlətlər və beynəlxalq təşkilatların xahişi ilə sorğular üzrə rəy verə bilər.

Buna da bax:​ Referendum təşviqat kampaniyası başladı

Bir qədər əvvəl isə ABŞ Dövlət Departamenti və Avropa Birliyi düzəlişlər layihəsinin dəyərləndirilməsindən ötrü Venesiya Komissiyasına təqdim olunmasını Azərbaycan hakimiyyətinə tövsiyə etmişdi.

Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasının üzvüdür.

Həmin vaxt bu qurum Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və mətbuat haqqında qanunda Avropa Şurası standartlarına uyğun şəkildə islahatların aparılması məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım göstərməyə dəvət edib.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Konstitusiyaya dəyişiklik təklifləri sentyabrın 26-da referenduma çıxarılacaq.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG