Azərbaycan XV Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, O ilk qələbəsini braziliyalı Halison Oliviera Boto üzərində qazanıb. Sonra yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələn Bayram Mustafayev finala yüksəlib. Həlledici görüşdə O, Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.
Qisa tanıtma
Bayram Mustafayev 2014-cü ildə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2011, 2013-cü il və 2015-ci il Avropa çempionatının qalibi olub.
Buna da bax: Paralimpiya Oyunlarının açılışı oldu
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Onlar «Rio-2016»ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar.
XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.