Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Rus rejissoru Heydər Əliyev haqda çəkdiyi filmindən danışır


Heydər Əliyev və Leonid Brejnev 1982-ci il.
Heydər Əliyev və Leonid Brejnev 1982-ci il.

-

Rus rejissoru Igor Lopatenok-un Azərbaycanın eks-prezidenti Heydər Əliyevin həyatı haqda çəkdiyi film 2017-ci ildə prokata veriləcək. Film Kandanın Toronto şəhərinə hər il keçirilən Film Festivalı çərçivəsində kino bazarına çıxarılacaq. Bu haqda rejissor "Ria Novosti"yə verdiyi müsahibəsinə bildirib.

İ.Lapotenok deyib ki: “Torontoda çox maraqlı taleyi olan bir insan - Heydər Əliyev haqqında film təqdim edəcəyik. Çəkilişlər artıq başa çatıb, hazırda montaj işləri aparılır. Film 2017-ci ildə ekranlara çıxacaq”.

Rus rejissoru Igor Lopatenok.
Rus rejissoru Igor Lopatenok.

Bununla belə Lopatenok filmdə baş rolun ifaçısı və filmin adı ilə bağlı məlumat verməyib.

"Filmdə Sergey Garmash, Alena Babenko, Viktor Suxorukovun çəkildiklərini deyə bilərəm. Baş rolun ifaçısının adı isə hələlik sirr kimi qalsın" - deyə Lopatenok bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG