Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Krımı Ukraynaya 'qaytardılar'


Krımın xəritəsi
Krımın xəritəsi

Qazaxıstanın «Mektep» nəşriyyatının nəşr etdiyi orta məktəb dərsliklərində Ukraynanın Krım vilayətini Rusiyanın anneksiya etməsi barədə informasiya düzəldilib. Belə ki, Krımın Rusiya ərazisi kimi göstərildiyi abzas yığışdırılıb.

Ukrayna bu düzəlişdən və dərsliklərə ukraynalı şair və rəssam Taras Shevchenko barədə material salınmasından məmnun qalıb.

Ötən il nəşr olunmuş tarix və coğrafiya dərsliklərində Krım Rusiya Federasiyasının subyekti kimi göstərilmişdi.

Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstana etiraz notası vermiş, Krımın statusu barədə informasiyanın düzəldilməsini tələb etmişdi.

Qazaxıstanın Təhsil və Elm Nazirliyi isə bir müddət sonra bildirmişdi ki, 10-11-ci siniflərin coğrafiya və ümumi tarix fənlərində Krımla bağlı material Qazaxıstan hökumətinin rəsmi mövqeyini əks etdirmir.

Nazirlik onu da qeyd edirdi ki, «Mektep» nəşriyyatı üzərinə həmin dərsliklərdə korrektə aparma öhdəliyi qoyulması barədə qərar qəbul olunub.

XS
SM
MD
LG