Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:01

'Memorial'da yoxlama gedir


«Memorial»
«Memorial»

Ədliyyə Nazirliyi «Memorial» beynəlxalq hüquq-müdafiə təşkilatında planlaşdırılmamış yoxlamaya başlayıb. Qurum «Facebook» sosial şəbəkəsində yazıb ki, məqsəd bu qeyri-kommersiya təşkilatının xarici agent rolunun olub-olmamasına aydınlıq gətirməkdir. Məlumatı «RIA Novosti» agentliyi yayıb.

«Sentyabrın 5-dən «Memorial» tarixi-maarifləndirici, xeyriyyə və hüquq təşkilatında qəfil yoxlama başlanıb. Baş Prokurorluğun təqdimatına əsasən, Ədliyyə Nazirliyi qeyri-kommersiya təşkilatının fəaliyyətində xarici agent funksiyasının olub-olmadığını araşdırır», - məlumatda deyilir.

Bildirilir ki, Ədliyyə Nazirliyi son 4 ilin sənədlərini, protokolları, iş hesabatlarını, nəşrlərin siyahısını, maliyyə və bank sənədlərini istəyib. Yoxlamanın nəticəsinin sentyabrın 30-dan gec olmayaraq elan olunacağı planlaşdırılır.

İlkin olaraq, «Memorial»ın işi Rusiyada siyasi repressiyaların xatirəsini əbədiləşdirmək idi. Bu gün bu beynəlxalq cəmiyyət tədqiqat, hüquq müdafiəçiliyi və maarifləndirici fəaliyyətlə məşğul olur. «Beynəlxalq Memorial»ın tərkibinə Rusiya, Belarus, Almaniya, İtaliya, Fransa, Qazaxıstan, Latviya və Ukraynadan 62 qurum daxildir.

XS
SM
MD
LG