Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Çapını dayandırmağı azmış kimi əməkdaşları da prokurorluğa çağırılıb


«Azadlıq» qəzeti əməkdaşlarının piketi
«Azadlıq» qəzeti əməkdaşlarının piketi

«Azadlıq» qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.

Bu haqda «Turan» İnformasiya Agentliyinə Vidadi Məmmədov özü bilgi verib.

Jurnalistin sözlərinə görə, ona prokurorluqdan zəng gəlib.

«Məni sabah (7 sentyabr) saat 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət etdilər. Hansı səbəbdən çağırılmağım haqqında heç nə demədilər», deyən V. Məmmədov bəzi gümanlarının olduğunu ifadə edib.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

«Ola bilsin ki, qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı çağırsınlar. İstənilən halda, hara çağırsalar gedəcəm. Çünki hansısa bir cinayətin, qanunsuz əməlin iştirakçısı olmadığıma əminəm», jurnalist qeyd edib.

Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

Faiq Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax: Əli Kərimli ona qarşı «Gülençi» ittihamları barədə

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

«Azadlıq» qəzetinin digər əməkdaşı Xəyal Babayev də bu gün sentyabrın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. O iltizama qol çəkdiyindən hansı səbəblə istintaqa dəvət edildiyini deməyib.

«Azadlıq» qəzeti «Azərbaycan» nəşriyyatına borc üzündən sentyabrın 6-da çap edilməyib.

Buna da bax: Abunə marafonu «Azadlıq» qəzetini dirçəldir... [Video]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG