Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Dollar 1.64-ü keçdi


Exchange Rate, Baku, 03.09.2013
Exchange Rate, Baku, 03.09.2013

Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 7-nə olan məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə. sentyabrın 7-də bir dollar 1,6403 manata bərabər olacaq.

Bir dollar sentyabrın 1-də 1,6321, sonrakı günlərdə isə 1,6362 manat olmuşdu.

Bu il martın 11-də bir dollar ən yüksək səviyyəyə - 1.6456 manatadək bahalaşmışdı. Ardınca manat bahalaşmağa başlamış, mayın 25-də bir dollar 1.4900 manata qədər düşmüşdü.

Artıq 3 aya yaxındır ki, manat dollara nisbətdə ucuzlaşır.

Son günlər ölkənin əksər bankları dollar satışını dayandırıb. ”Qara bazarda” bir dolların bir manat 80 qəpiyə, 2 manata satıldığı deyilir.

XS
SM
MD
LG