Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır


arxiv foto
arxiv foto

-

Hərbi hissələr, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşır. Sentyabrın 5-də qarşıdakı referendum ilə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan vaxt başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə gününə azı 20 gün qalanadək məntəqə seçki komissiyaları bu siyahıların dəqiqləşdirilməsi prosesini yekunlaşdırmalıdır.

Referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir. Konstitusiyaya dəyişikliklərlə bağlı təkliflər prezident İlham Əliyevdən gəlib. Dəyişikliklər prezidentin səlahiyyət müddətinin artırılmasını, vitse-prezident postunun yaradılmasını və s. məsələləri nəzərdə tutur. Ölkə müxalifəti bu dəyişiklikləri monarxiyaya keçid kimi qiymətləndirir.

XS
SM
MD
LG