Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 16:22

Rus yazıçılarının bəlalı ilham pəriləri


Vladimir Mayakovki və sevgilisi Lilya Brik.
Vladimir Mayakovki və sevgilisi Lilya Brik.

-

Rus ədəbiyyatına baxanda çətinlik və əzablar içində yaşamamış bircə dahi yazar da görə bilmirsən. Sanki, yazıçılıq əzabla qoşa addımlamaq deməkdir. Bəs görəsən yazıçılıq yolunda ilham pərisinin rolu nə olub? Onlar yazıçının həyatını yüngülləşdirir, yoxsa qalardır.

Oxu Zalı rus yazıçılarının böyük sevgiləri haqda məqaləni təqdim edir.

Mayakovski sevgilisinin qapısı önündə uşaq kimi ağlayırdı

Böyük yazıçı Vladimir Mayakovski və Liliya Brikin sevgisi dillər əzbəridir. Mayakovski məşhur şeirini məs ona həsr etmişdi:

“Bata bilməz mənə

Sənin baxışlarından başqa,

Heç bir bıçağın tiyəsi”

Lilya Brik. Mayakovskinin çəkdiyi portret.
Lilya Brik. Mayakovskinin çəkdiyi portret.

Mayakovskinin ona sevgisi bir növ qanlar içində rəqsi xatırladırdı. Onlar tanışandan sonra Mayakovski bir gün də rahatlıq görmür, dəli-divanə, vəhşi ehtiraslar, həyəcan və nigarançılıq içində yaşayır. Şair Lilya Brik və əriylə ziyafət gecələrinin birində tanış olur, onun oxuduğu “Şalvarlı səma” şeiri Lilyanı heyran qoyur. Bir neçə gün sonra Mayakovski Lilya Brikin evinə qonaq gedir. Mayakovski Liliyanın ağlını başınadan alır və o əri olmasına baxmayaraq Mayakovskini sevməyə başlayır.

Mayakovskinin özünün də sevgi macəraları olmuşdu, amma buna qədər o heç vaxt elə alovlu eşq yaşamamışdı. İlk dəfə o sevgilisiniə üzərində “LYUB” yazılan üzük bağılamış, sevdiyini etiraf etmişdi. Məhz, onunla Mayakovski öz sevgililərini və onun olub keçmiş sevgililərini dostcasına müzakirə edə bilirdi. Lilya əriylə yataqdaykən Mayakovski onun qapısının önündə uşaq kimi ağlayarmış.

Şair ancaq sevgilisi ilə görüşlərdə özünü yaxşı hiss edir, bir növ yaşadığı dəhşətlərdən çıxıb normal həyata qayıdırdı. Sevgi Mayakovskini ilham pərisinin gücünə inandırmış, onu yaradıcılığa həvəsləndirmişdi. Ancaq belə yaşamağın bir sonu olacaqdı. Heç bir insan bu cür həyəcanlar içində yaşamağ dözə bilməzdi.

Mayakovski hətta ölümünə qərar verəndə belə ilham pərisinə yazdığı məktubda, onu sevməkdən heç vaxt üz döndərməməyi rica edir və ürəyinin üstündən atəş açaraq özünü öldürü.

Buna da bax: "Rus yazıçılarının əsl peşələri: müəllim, həkim, diplomat.."

Platonov qarşılıqsız sevgidən özünü öldürmək istəyirdi

“Ay işığım və böyük gecəm mənim” – Platonov arvadını məhz belə çağırırdı.

O yazırdı ki, “Ölü bədəndə belə sənə göz qoyan bir obraz görürəm” – deyə Platonov arvadına yazırdı. Baxmayaraq yazıçı Mariyanın doğmaca əriydi, ondan uşaqları olmuşdu, gecə gündüz işləyib ona baxırdı, ancaq yenə də sevimli qadınını itirmək qorxusu ilə yaşayırdı.

Platonov arvadını ona sadiq olmamaqda günahlanıdırır, uzaqda olanda arvadının ona nadirən məktub yazmasından dərin depressiyaya düşür və ümumən arvadının könlündəki soyuqluq onu məhv edirdi. Ancaq aradakı soyuqluq Platonovu həqiqi sevgidən usandırmırdı. O Maşayla qarşılaşmasını bir növ qara günü adlandırdı. “O mənim ölümüm və əbədi dirilməmdir” – deyə yazırdı.

Andey Platonov və Arvadı Mariya Platonova oğlanları ilə birlikdə.
Andey Platonov və Arvadı Mariya Platonova oğlanları ilə birlikdə.

Onlar sevgisi milyondan bir görülən sevgiydi. İş orasındadır ki, Mariya ərinin hər xoş sözünü bəyənir, sevgisindən də razıydı, ancaq ərinə eyni mehribanlıqla cavab verə bilmirdi. Onun sevgisi sönük və eqoist sevgi isi, daim narazı və şikayərlərlə doluydu dili. Əri onu qarabaqara izləyir, o isə bütün bunları vecinə almırdı. O ərinə demək istəyirdi ki, onu sevir amma hər dəfə özünü saxlayır və demirdi. Ancaq günlərin bir günü Mariya ərinin elə öz rəfiqəsi ilə onu aldatdığını biləndə ağlayır. Axı ilham pərisi kimə deyirlər. O adam ki, səni qorusun və dəstəkləsin. Platonov da elə bunu axtarırdı.

Platonov Mariyaya açıqca deyir ki, onun soyuqluğundan və keçirdiyi həyəcandan axır ki, cana yığılıb, deyirdi gedib başqa birisi ilə daha yaxşı bir həyat yaşayacaq. Maşa isə həmişə susurdu. “Dibinə qədər içib sərxoş olacam, özümü dördüncü ya da altıncı mərtəbədən atacağam (qorxuram aşağı mərtəbədən düşüb ölməyəm)”. Ancaq yenə də yazıçı öldürmür, dərdi ilə baş-başa axıra kimi yaşayır.

Buna da bax: "Rus yazıçılarının soyadları hardan gəlir: Tolstoy, Dostoyevski, Puşkin..."

İvan Turgenev 40 il dostluq etdiyi qadına aşiq idi

Turgenev eşq məsələlərində başqa rus yazıçılarından daha təmkinli və bacarıqlı idi. O deyirdi ki, hər bir qadına məşuqə gözüylə baxmaq lazımdır. Daim təzə qadınlarla tanış olur, sakitcə eşq elan edir, qəflətən toxunur və öpürdü. Turgenevin fəlsəfəsinə görə yazıçılıq mütəmadi eşq yaşamağı tələb edir, bunsuz yaradıcılıq mümkünsüzdür.

İvan Turgenevin bütün həyatı boyu yasaq eşq yaşadığı Polina Viardo.
İvan Turgenevin bütün həyatı boyu yasaq eşq yaşadığı Polina Viardo.

Ancaq hətta Turgenev kimi hər qadının üstündə dayanmayan adamın belə qarşısına günlərin bir günü bütün ürəyini verəcəyi birisi çıxır. Bu dövrünün tanınmış fransız müğənnisi Polina Viardo idi. Düzdür onların arasında yaşadığı söylənilən intim münasibətlər öz təsdiqini tapmayıb, amma uzaqdan-uzağa dərin bir sevgi yaşadıqları açıq-aydın bəlli idi. İş orasındadır ki, Polina Turgenevlə qarşılaşana qədər xoşbəxt ailə həyatı yaşayır, ərini çox sevirdi. Əri ilə Polinanın bir yazıçı və şəxsiyyət kimi Turgeneva dərin ehtiramları vardı və bütün zamanlarını onunla keçirirdilər.

Yazıçı nə az, nə çox düz otuz səkkiz il Viardo ailəsinin yanında yaşayır. Əsərlərinin çoxunu Polinanın verdiyi ilhamla yazırdı. Turgenev Polinanın sevgisi olmadan yaşaya bilməzdi. O qarşısında aciz olduğu sevginin əlindən özünü xəyal aləminə aparır, yaratdığı əsərlərdə qəhrəmanlarını ümüdsüz bir sevgiylə sevməyə və bir çıxış yolu tapıb xoşbəxt olmağa sövq edirdi.

O Polina ilə ilk qarşılaşdığı əsnada Polina onu o qədər mehriban qarşılayır ki, bir azdan Polinanın ailə üzvünə çevrilir. Polinayla İvan Turgenev həmişə doğmalıq qalırlar. Ancaq deyəsən, Turgenevin sevgisindən xəbərdar olan müğənni heç də ilham pərisi olmaq arzusunda deyilmiş. Bu rol təkcə tarixdə qalmaq yönündən başqa heç nəyi ilə onu cəlb etmirdi. O mütəmadi olaraq Turgenevi özündən uzaqlaşdırır, Turgenev öz vətəni Rusiyaya qayıdır və sonra yenidən Avropaya Polinanın arxasınca gedirdi. Ümumiyyətlə isə dedi-qodulardan başqa heç bir mənbə Turgenevlə Polina Viardonun münasibətinə işıq salmır. Bu yasaq münasibətin pərdəarxasında yaşanan eşq və ehtiras oyunlarının əksini ancaq Turgenevin əsərlərində tapa bilərik.

XS
SM
MD
LG