Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:30

Prezident Masallıdadır


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev sentyabrın 3-də Masallı rayonuna gedib.

Xəbəri President.az saytı yayıb.

Xəbərdə deyilir ki, İlham Əliyev Masallıya səfəri çərçivəsində «ASAN Həyat» kompleksinin açılışında iştirak edib. Dövlət başçısına kompleksin tikintisi barədə məlumat verilib. Dördmərtəbəli binanın ümumi sahəsi 4 min 246 kvadratmetrdir. Kompleksdəki «ASAN Xidmət» mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcəyi gözlənir.

İlham Əliyev Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edib. Bayraq Meydanının ümumi sahəsi 1.3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

Müstəqil iqtisadçılar hesab edirlər ki, bölgələrdə aparılan abadlıq-bərpa işləri daha çox rayon mərkəzlərini əhatə edir, xüsusilə kəndlərə infrastruktur investisiyaları qoyulmur. Ekspertlər onu da vurğulayırlar ki, rayonlarda bayraq meydanlarının tikilməsi izafi xərclərdir və bura qoyulan vəsaitlə yerli əhalinin dolanışığına təsir edəcək infrastruktur layihələri həyata keçirilə bilərdi.

XS
SM
MD
LG