Keçid linkləri

2017, 29 İyul, şənbə, Bakı vaxtı 15:56

Azərbaycan şahmatçıları qələbə ilə başladılar


Şahmat

42-ci Beynəlxalq Şahmat Olimpiadasının I turunda Azərbaycanın 6 komandası oyunları qələbə ilə başa çatdırıb.

Xəbəri AZƏRTAC yayıb.

Kişilərdən ibarət Azərbaycanın 3 komandası bu turda Zimbabve, Mozambik, Papua Yeni Qvineya komandalarına böyük hesabla qalib gəlib.

Qadınlardan ibarət əsas komandanın rəqibi isə Nikaraqua şahmatçıları olub. Digər iki komanda Yaponiya və Lesoto ilə qarşılaşıb. Xanım zəka sahibləri də kişi həmkarları kimi, heç bir rəqiblərinə şans verməyiblər. Hər üç komanda 4:0 hesablı qələbə qazanıb.

Bakıda 42-ci Beynəlxalq Şahmat Olimpiadasına sentyabrın 2-dən start verilib. Azərbaycan bu yarışlarda 3 kişi və 3 qadın komandası ilə təmsil olunur.

Olimpiadaya dünyanın 176 ölkəsindən 180 kişi, 141 qadın komandası qatılıb. Yarışlar sentyabrın 13-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG