Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 15:52

3 sentyabr atəşkəs açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Məlumatda deyilir ki, Qazax, Tovuz, Gədəbəy rayonunda Azərbaycan mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdamın Sarıcalı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki Azərbaycan mövqeləri də atəşə məruz qalıb.

Bu il aprelin əvvəlində Qarabağ cəbhəsində iri hərbi əməliyyatlar keçirilib, hər iki tərəfdən onlarla itki olub.

Azərbaycan və Ermənistan arasındakı gərginliyi aradan qaldırmaq üçün mayın 16-da Vyanada hər iki tərəfin prezidentləri görüşüb və bundan sonra hərbi əməliyyatlar dayandırılıb. Münaqişənin sülh yolu ilə həlli yolunda danışıqlar intensivləşsə də, hələ ki, konkret addım atılmayıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs əldə edilənə kimi Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG