Milliyyet qəzeti onu Türkiyənin "Pendir kralı " adlandırır.
Azərbaycan əsilli iş adamı, “Bahçıvan Gıda” şirkətinin qurucusu və şirkətin İdarə Heyətinin sədri, Məcid Bahçıvan 85 yaşında vəfat edib.
M. Bahçıvan 1931-ci ildə Yerevanda azərbaycanlı ailəsində anadan olub. 1930-cu illərin sonlarında ailəsi ilə birlikdə öncə İrana, iki il sonra isə Türkiyəyə köçüb.
M. Bahçıvan 1960-cı illərdə Türkiyədə pendir istehsalı ilə məşğul olmağa başlayıb, Türkiyədə pendir ticarətinin 50 faizinə nəzarət edib.
Buna görə də Türkiyədə “Pendir kralı” adını qazanıb.