Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:49

Müsavat da mitinq qərarı verib


Müsavat partiyasının aksiyası, 14.12.2014
Müsavat partiyasının aksiyası, 14.12.2014

Müsavat Partiyası sentyabrın 18-nə mitinq təyin edib.

Bu barədə partiya başqanı Arif Hacılı «Turan» İnformasiya Agentliyinə bildirib.

«Gələn həftə Bakı şəhər icra hakimiyyətinə müraciət edilməsi planlaşdırılır. Şüarlar əsasən 26 sentyabra təyin olunmuş referendumla bağlı olacaq», deyə A. Hacılı qeyd edib.

Milli Şura da sentyabrın 11-də mitinq keçirmək barədə qərar qəbul edib.

Buna da bax: Milli Şura mitinq qərarı verdi

Bu qurum, artıq, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə məktub da göndərdiyini açıqlayıb.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG