Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Palatadan banklara xəbərdarlıq


Valyuta məzənnəsi
Valyuta məzənnəsi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərdiyi bildirilir.

APA bu xəbəri bank sektoruna istinadən yayıb.

Xəbərə görə, məktubda bildirilir ki, ictimaiyyətdən Palataya bəzi bankların valyuta mübadiləsi zamanı müəyyən olunmuş faiz dəhlizindən əlavə komisyon haqqı alması ilə bağlı məlumatlar daxil olur. «Bu isə əksər hallarda mövcud faiz dəhlizinin pozulması ilə nəticələnə bilər. Valyuta mübadilə əməliyyatlarında əlavə komisyon haqlarının tətbiqi zamanı formalaşan faktiki məzənnənin müəyyən olunmuş limit hədləri çərçivəsində saxlanılması banklara və poçt rabitəsinin milli operatorlarına tapşırılır. Xahiş edirik işinizdə rəhbər tutasınız», - deyə məktubda vurğulanıb.

Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar Palata bu sahədə nəzarəti gücləndirib. «Palata bankların filial və şöbələrində yoxlamalar aparır. 4 faizlik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir», - deyə bank əməkdaşı əlavə edib.

Mərkəzi Bankın qoyduğu qaydaya görə, banklar rəsmi məzənnədən yalnız 4 faiz fərqlə valyuta mübadiləsi apara bilər.

Ancaq müstəqil iqtisadçılar deyir ki, əgər Mərkəzi Bank rəsmən «üzən məzənnə» sisteminə keçibsə, banklara limit qoyulması düzgün deyil.

XS
SM
MD
LG