Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Bəstəkar Oqtay Zülfüqarov vəfat edib


Oqtay Zülfüqarov
Oqtay Zülfüqarov

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.

APA bu xəbəri Azərbaycan Bəstəkarlar İttifaqına istinadən yayıb.

Xəbərdə bildirilir ki, O.Zülfüqarov avqustun 31-i səhər saatlarında dünyadan köçüb.

O.Zülfüqarovla vida mərasiminin yeri və onun harada dəfn olunacağı, hələlik, dəqiqləşməyib.

O.Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub.

1972-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti adına layiq görülüb.

O.Zülfüqarov müxtəlif janrda əsərlərin müəllifi olsa da, əsasən, uşaq mahnılarının müəllifi kimi tanınır.

O, «Əlibaba və 40 quldur» baletinin və «Şəngülüm, Şüngülüm, Məngülüm» adlı operanın müəllifidir.

XS
SM
MD
LG