Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:59

Ödənişli təşviqat 'ceyran belində'


İllüstrasiya
İllüstrasiya

►Ekspert: “Qiymətlər ağlasığmazıdr”

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməlidir.

Bununla bağlı bəzi media qurumları ödənişli qaydada təşviqata qoşulmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblər.

Xəbəri MSK yayıb.

Pullu təşviqata qoşulanlar

Xəbərdə müraciət edənlər sırasında “Report”, “Trend”, “Gündəlik Teleqraf”, “APA Holdinq”, 1news agentliklərinin adları çəkilir.

Qəzetlər sırasında “Azərbaycan”, “Həftə içi”, “Yeni Azərbaycan”, “Bakinski Raboçi”, “Xalq Cəbhəsi”, “525-ci qəzet”, “Xalq qəzeti”, “Mövqe”və “İki Sahil” qəzetləri yer alır.

Teleradio kanallarına gəlincə, “İctimai Televiziya və Radio Yayım Şirkəti”, “Lider TV və Radio Yayım Şirkəti”, “Xəzər TV” və “Azad Azərbaycan TV” pullu təşviqat aparmalıdırlar.

Bəzilərini, təbii olaraq daha çox telekanallardakı qiymətlər maraqlandırır. Qiymətlər isə təşviqatın aparıldığı vaxtdan asılı olaraq dəyişir.

Buna da bax: REAL referendumda iştirakdan imtina etdi

İTV: 1 saniyə üçün 50 manat

Məsələn, İctimai TV-də saat 11:50-dən saat 16: 50-yə kimi bir saniyə 20 - 24 manat arasında dəyişir. 16:50-dən 17:30-a kimi 30 manat, 17:30-dan 18:40-a kimi 35 manat, 18:40-dan 20:20-yə və daha sonra 50 manat istənilir.

Lider TV-də saat 07: 00-dan 18:00-a kimi 1 dəqiqə 80 manat, 18:00-dan 24:00-a kimi 160 manatdır. Şənbə, bazar günləri isə göstərilən saatlardan asılı olaraq qiymətlər 100-200 manat arasında dəyişir.

5-7 dəqiqə 8 min manat!

“Xəzər TV” saat 20:30-dan 23:30-a kimi hər saniyə üçün 40 manat tələb edir. Amma 5-7 dəqiqəlik çıxış üçün qiymət saat 12:00-dan saat 13:59-a kimi 3 min manat, saat 14:00-dan 16:00-a kimi 3500 manat, 16:00-dan 19:00-a kimi 5 min manat, 19:00-dan saat 20:29-a kimi isə 8 min manat təşkil edir.

“Azad Azərbaycan” telekanalında isə 30 saniyə üçün qiymətlər 1200-1980 manat arasında dəyişir.

Buna da bax: Arif Hacılı: 'Zaman gələcək, cavab verəcəklər'

Ekspert: “Qiymətlər ağlasığmazıdr”

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli bu qiymətləri astronomik adlandırıb və əlçatan olmadığını deyib. Ekspert hesab edir ki, büdcədən maliyyələşən “İctimai TV-nin bir saniyə üçün qiyməti 50 manat təyin etməsi ağlasığmaz bir haldır:

“Bu, 1 saat üçün 180 min manat deməkdir. Ya, “Azad Azərbaycan” 1 saniyə üçün bu qiyməti 40 manat müəyyən edib ki, bu da 1 saat üçün 144 min manat deməkdir. O deyir ki, “Azərbayacan” qəzeti 1kv santimentri 4-7 manatdan müəyyən edib ki, bu da bir səhifəlik yazının 20 min manata başa gəlməsidir”

Hüquqşunas qeyd edib ki, seçki, eləcə də referendum kommersiya marağı deyil, ictimai maraqların ifadəsidir.

“Odur ki, burada ictimai maraqların ifadə edilməsi öndə olmalıdır. Ona görə də bu məsələdə müəyyən edilən qiymətlər kommersiya marağından irəli gəlib və ictimai maraqları ifadə etmir”, ekspert deyib.

Ödənişsiz təşviqatdan isə yalnız qeydə alınan təşəbbüs qrupları istifadə edə bilər.

MSK referendumla əlaqədar cəmi 3 təşviqat qrupunu qeydiyyata alıb. Bunların biri hakim Yeni Azərbaycan Partiyasının yaratdığı «Yeni Azərbaycan», digərləri isə «Bələdiyyə» və «Vətəndaş Cəmiyyəti» təşəbbüs qruplarıdır.

Həmin təşəbbüs qruplarının üçü də dəyişikliklərin lehinədir.

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Milli Şura referendumu elə əvvəlcədən boykot etmək qərarı verib.

REAL hərəkatı da avqustun 22-də prosesdən çəkildiyini elan edib. Hərəkat qərarını hökumətin basqıları ilə izah edib. REAL-ın icraçı katibi Natiq Cəfərli hazırda qanunsuz sahibkarlıq ittihamı ilə həbsdədir.

MSK Müsavat partiyasının təsis etdiyi “Respublika” təşəbbüs qrupunu isə qeydə almaqdan imtina edib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG