Avqustun 31-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin məlumatına görə, Abşeronda gecə 20-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Avqustun 31-i rayonlarda da ciddi yağıntı olmayacağı bildirilir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.
Avqust ayının ortalarında temperatur Bakıda 40, Aran rayonlarında 43 dərəcəyə yüksəlmişdi.