Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 20:34

Atəşkəslə bağlı 30 avqust açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 16 dəfə pozublar.
Bu zaman qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Kəmərli, Berd rayonundan Tovuz rayonunun Koxanəbi kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanır.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, Goranboy və Füzuli rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG