Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:40

Azərbaycan onlardan üçqat çempionluq gözləyir


Azərbaycanın paralimpiya çempionu İlham Zəkiyev
Azərbaycanın paralimpiya çempionu İlham Zəkiyev

►İkiqat paralimpiya çempionu: “Çalışacağıq planı artıqlaması ilə yerinə yetirək”

Sentyabrın 7-dən 18-dək Rio de Janeyrada 15-ci Paralimpiya Oyunlarında Azərbaycanın 27 paralimpiyaçısı iştirak edəcək.

İdman Arbitraj Məhkəməsi rusiyalı atletlərin lizsenziyalarını əllərindən almamışdan Azərbaycan həmin yarışmaya 24 idmançı ilə qatılacaqdı. Rusiyanın 267 idmançısı dopinq testinə görə paralimpiya oyunlarından kənarlaşdırıldı və onların lisenziyaları başqa ölkələrin arasında bölündü.

Bundan Azərbaycan yığmasına da 3 lisenziya düşüb.

Azərbaycan yığması Rioda 6 idman növündə, ümumilikdə 27 paralimpiyaçıyla 44 lisenziya uğrunda mübarizə aparacaq.

“Azərbaycana xeyirlidir”...

İdman yazarı İntiqam Məmmədov deyir ki, Rusiya paralimpiyaçılarının Rioda iştirak etməməsi bütün ölkələrə, o cümlədən, Azərbaycan yığmasına daha çox medal qazanmaq şansı yaradır:

İdman yazarı İntiqam Məmmədov [audio]
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

“Rioda yay olimpiya oyunlarında Azərbaycanın bir neçə qızıl medallarını bizdən elə bir növ Rusiya idmançıları aldı. Bu ölkə idmançılarının Paralimpiya Oyunlarından kənar qalması bir tərəfdən neçə illər bu oyunlara hazırlaşmış atletlərdən ötrü pis xəbər oldu. Ancaq digər tərəfdən, tək Azərbaycan yığmasına deyil, medallara iddialı ölkələrin hamısına xeyirlidir”.

Azərbaycanlı paralimpiyaçı Hüseyn Həsənov, 2012
Azərbaycanlı paralimpiyaçı Hüseyn Həsənov, 2012

“İstəyərdik ki, güclü idmançılarla rəqabət aparaq”

Azərbaycan Paralimpiya Komitəsi isə Rusiya idmançılarının Rio Paralimpiya Oyunlarından uzaqlaşdırılmasının rəqabət baxımından faydalı olmadığını bildirir. Komitənin informasiya şöbəsinin müdiri Kamal Məmmədov deyir ki, Rusiya yığmasının iştirak etməməsinin Azərbaycana faydası yoxdur:

Azərbaycan Paralimpiya Komitəsinin informasiya şöbəsinin müdiri Kamal Məmmədov [audio]
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

“Çünki Rusiya idmançıları güclüdür. Biz də istəyərdik ki, idmançılarımız güclü idmançılarla rəqabət aparsınlar. Onların əllərindən alınan 267 lisenziyadan 3-ü bizə verilib. Bu üç lisenziyadan ikisi cüdo, biri atletika növündə idmançılarımızn sayını artırdı”.

Buna da bax: Azərbaycanlı idmançı dünya rekordu vurub

2012-ci il London Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 4-ü qızıl olmaqla, 12 medal qazanmışdı. Azərbaycan Paralimpiya Komitəsi Riodan daha uğurlu çıxış gözləyir.

Üçqat çempion olacaqmı?

Azərbaycanın ikiqat olimpiya çempionu olmasa da, ikiqat paralimpiya çempionu var. Bunlar cüdo və yüngül atletika üzrə ikiqat çempionlar İlham Zəkiyev Oleq Panyutindir. Paralimpiya Komitəsinin informasiya şöbəsinin müdiri Kamal Məmmədovun fikrincə, indi onlar üçqat çempionluq gözləyirlər:

“Rio Olimpiadasında ikiqat paralimpiya çempionumuzun üçqat çempion adını qazanmalarını çox istəyirik. Bunun üçün idmançılarımız əllərindən gələni edəcəklər”.

Rio Paralimpiya Oyunlarında Azərbaycan yığmasının bayraqdarı olacaq, ikiqat paralimpiya çempionu İlham Zəkiyev özünün də, digər komanda yoldaşlarının da uğurlu çıxış edəcəyinə inanır. İlham Zəkiyev sentyabrın 10-da mübarizəyə qoşulacaq:

İkiqat paralimpiya çempionu İlham Zəkiyev [audio]
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00
Direct-ə keçid

“Rioda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Lisenziya əldə etmiş 27 idmançının hamısı medal qazana bilər. Sonuncu London Paralimpiya Oyunlarında 12 medala yiyələnmişdik. Bu dəfə də azı 12 medal qazanmaq qarşısımızda plan kimi qoyulub. Çalışacağıq planı artqılaması ilə yerinə yetirək (gülür)”.

2000-ci il Sidney Olimpiadasının sərbəst güləş üzrə qızıl mükafatçısı, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev də deyir ki, qarşıdakı oyunlarda Azərbaycan idmançılarından məhz ikiqat, üçqat çempionluq gözləyirlər, bütün idman cəmiyyəti bunu arzulayır:

2000-ci il Sidney Olimpiadasının qızıl mükafatçısı Namiq Abdullayev [audio]
Gözlə

No media source currently available

0:00 0:00:14 0:00
Direct-ə keçid

“Mənə elə gəlir ki, onların potensialı var. Onlara hər bir şərait yaradılıb. Bu şəraitdən istifadə edərək, yəqin ki, üçqat çempion ola biləcəklər. Bu, hər kəsdən əvvəl həmin idmançıların arzusudur”.

İlk üç yerə pul da ayrılıb

Olimpiya Oyunlarında olduğu kimi, Paralimpiya Oyunlarında da prezident İlham Əliyev idmançılara xüsusi pul mükafatları ayırır. Bu dəfə Rio Paralimpiya Oyunlarında birinci yer qazanan idmançıya 200 min, ikinci yeri tutana 100 min, üçüncü yeri tutan isə 50 min manat pul mükafatı veriləcək. 2012-ci il London Paralimpiya Oyunlarında da mükafatın məbləği bu cür idi.

Azərbaycan Paralimpiya Komitəsi 1999-cu ildə yaranıb. Azərbaycan paralimpiyaçıları 20 il ərzində 5 paralimpiya oyunlarında iştirak edib, 27 medal qazanıb. Onlardan 8-i qızıl medaldır.

Paralimpiyaçılar Braziliya paytaxtına sentyabrın 2-də yollanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG