Barclays Capital-a görə, neft hasilatının dondurulması məsələsində uğurlu bir razılığa gəlinməsi məsələsində açar ölkə yenə İran olacaq.
Sentyabrın sonunda Əlcəzairdə keçiriləcək OPEK toplantısına qatılacağını bildirən İranın istehsalın dondurulması barədə razılığa dəstək verib verməyəcəyi isə qeyri-müəyyənliyini qoruyur.
Analitiklər, Əlcəzairdə İranın da dəstəyi ilə razılaşma təmin olunması halında neft bazarında da sürətli bir qiymət yüksəlişinin ola biləcəyini ifadə edirlər.
Ancaq mütəxəssislər İrandan istehsalın dondurulmasına dair qarışıq siqnallar gəldiyinə işarə edirlər.
İranın neft naziri Zanganehin, "Neft bazarında sanksiyalar ucbatından itirdiyimiz bazar payımızı geri qazanmaq haqqımızın nəzərə alınmasını gözləyirik" ifadələri, investorların Əlcəzair görüşünə dair ümidlərini azaldır.