Titanik manat...
Azərbaycan bu ilin əvvəlindən manatın "üzən məzənnə" kursuna keçdiyini elan edib. Yəni, manatın ABŞ dollarına nisbətən kursunu əvvəlki kimi hökumət deyil, bazar müəyyən etməlidir. Amma bu qərara baxmayaraq hökumətin hələ də manatı "su üstündə" saxlamaq, batmağa qoymamaq üçün əlində olan ehtiyatları xərclədiyini deyirlər. Yəni, bu ekspertlərə görə əslində hökumət inkar etməsə də manat batır və özüylə ölkənin maliyyə ehtiyatlarını da batırır.
Rəssam Gündüz Ağayev isə bu karikaturasında Azərbaycan manatını batmış Titanik gəmisinə bənzədir
BAŞQA KARİKATURALARI DA BURADA İZLƏYİN
